Dələduz "türk iş adamı" ələ keçdi
08:19 12.07.2019
Hadisə
991
Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyini (DİN) mətbuat xidmətindən sherg.az-a verilən məlumatına görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb. O, ifadəsində özünü türk iş adamı kini təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü, bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Polis əməkdaşları M.Əhmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual