DİN: Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
12:47 10.07.2025
Hadisə
319
İyulun 10-da Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin peşəkarlıqla təmin olunduğunu, eyni zamanda, qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
İclasda hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib.
Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 17049 cinayət qeydə alınıb, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 92,8 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 232, görülmüş operativ cavab tədbirləri ilə 2196 cinayət açılıb, 4344 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7 faizi tutulub, 3378 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması ilə bağlı yaradılmış birgə işçi qrupun istintaq və əməliyyat-axtarış tədbirlərinin müsbət nəticələr verdiyini vurğulayan nazir vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xidmət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin xüsusi nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 4032 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm