Əməkdar artistin “Range Rover”i soyulub: çanta və 920...
Yusif Nəzərli
14:58 29.03.2023
Hadisə
462
Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş.Qurbanov küçəsi 19 ünvanında yerləşən ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini mağazalardan birinin qarşısında saxlayıb.
O, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünüb, bundan sonra mağazaya giriblər. Bu zaman muğam ifaçısının xanımı Sənubər Niftəliyeva özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoyub. 50 manat dəyərin olan çantada 920 manat pul olub.
Alış-verişdə pulu çatmayan müğənni təxminən yarım saat sonra avtomobilin yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in “102” xidmətinə məlumat verib.
Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti) törətdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə Səbuhi Səfərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Babək Niftəliyev bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni törədən şəxs isə cəzasını çəkəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya