Evi yanan qadının fəryadı hər kəsi kövrəltdi - Fotolar

Antalyanın Manavqat vilayətində “Kalemlər” məhəlləsindəki yanan evini görməyə gələn qadının fəryadı görənləri göz yaşına boğub.
Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, qadın yanğını cib telefonu ilə çəkərək bir tanışına göndərib.
Bu zaman onun “Belə iş olar, Allahım? Belə kədər olar, Allahım? Hələ də yanır. Heç nə qalmayıb. Nə edəcəyik? Heç nəyimiz qalmadı. Harda qalacağıq? Buna dözmək olar? Balamın cehizləri də yandı”- sözləri ətrafdakılara sanki üsyan təsiri bağışlayıb. 
 Adı öyrənilə bilməyən qadının hətta  heyvanlarının, o cümlədən itinin, inəyinin və keçilərinin də yandığı bildirilir.