Faciəni önləmək olardı
Fidan Həmişəyeva
08:48 30.03.2021
Hadisə
539
Bədbəxt hadisəyə xanımın məsuliyyətsizliyi səbəb olub
"18 yaşına çatmış hər bir xanım öz orqanizmi barədə bilgiyə sahib olmalıdır"
Şabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib. Hadisə rayonun Ceyranlı kəndində baş verib. Məleykə Vahab qızı Yusifova hamilə olub və bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və M.Yusifova vəfat edib.
21 yaşlı ana bətnidəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir.
Baş verənləri “Şərq”ə dəyərləndirən həkim-ginekoloq Elnurə Mustafayeva bildirib ki, xanımların bu mövzuda maarifləndirilməsi çox vacibdir:
“Açıq-aydın görünür ki, dünyasını dəyişən qadın bilgisiz olub. Əlbəttə, həmin xanım məlumatlı olsaydı, belə hal yaşanmazdı. Ona görə də bu sahədə maarifləndirmə güclü olmalıdır.
Xüsusilə həkimlərin aktivliyi vacibdir. Elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələr vasitəsilə bəzi məlumatları rahat şəkildə əldə etmək mümkündür.
18 yaşına çatmış hər bir xanım öz orqanizmi barədə bilgiyə sahib olmalıdır. Qadın hamiləliyinin 10-cu həftəsinə qədər bilmirdi ki, arzuolunan övladdır, ya yox? Arzuolunan deyildisə, niyə hamilə qalırdı? Hamiləlikdən qorunmaq üçün ona uyğun olan təhlükəsiz vasitələrdən istifadə etməli idi.
Bu, bütün xanımlara aiddir. Dövlətimizin yaratdığı qadın məsləhətxanaları var. Həmin müəssisələr pasiyentləri ödənişsiz qəbul edib, informasiya verir.
Çox təəsssüf ki, bədbəxt hadisənin baş verməsinə səbəb xanımın məsuliyyətsizliyi olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual