Fazil Mustafa ona güllə atan şəxsə verilmiş cəzadan narazıdır -AÇIQLAMA
Fazil Mustafa ona güllə atan şəxsə verilmiş cəzadan narazıdır -AÇIQLAMA
08:13 06.09.2024
Hadisə
446
Ömürlük tələb edir
Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa onu güllələyən şəxsə verilmiş cəzadan narazıdır. Belə ki, Fazil Mustafa 20 il azadlıqdan məhrum edilmiş Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir. Deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bir neçə gün əvvəl hökmdən iş üzrə təqsirləndirilən şəxslər də şikayət veriblər.
“Sherg.az” Fazil Mustafanın özü ilə əlaqə saxlayıb. O bildirib ki, məsələ ilə bağlı bizim şikayətimiz Apelyasiya Məhkəməsinə göndərilib:
“Bizim əsasımız budur ki, həmin insanlar bilavasitə şəxsiyyət əleyhinə deyil, dövlət əleyhinə cinayət törədib. Bizim milli təhlükəsizlik haqqında qanunumuz var. Sözügedən qanunda bu proses birbaşa dövlətin maraqlarına toxunan cinayət sayılır. Həmin şəxslər peşmançılıq duymadıqlarına görə sui-qəsdin icraçısı layiqli cəzasını almalıdır. Bizim prinsipial yanaşmamız bundan ibarətdir. Ona görə müraciət də bu istiqamətdə edilib. Ümid edirəm ki, Apelyasiya Məhkəməsində məsələyə daha əhatəli yanaşılacaq və obyektiv qiymət veriləcək”.
Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin təşkilatçısı kimi Azər Səricanov ömürlük, F.Mustafanı vuran Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm