Gözlərinizə inanmayacaqsınız: “Ay illüziyası” gecəyə bəzək qatacaq
12:51 10.07.2025
Hadisə
367
Yay fəslinin ilk ayı dolunayı, turuncu parıltısı ilə səmada valehedici bir illüziya yaradacaq. “Ay illüziyası” adlanan bu nadir hadisə Ayı olduğundan daha böyük göstərir.
Sherg.az xəbər verir ki, Ay bu gecə Türkiyə vaxtı ilə saat 23:36-da tam dolunay mərhələsinə çatacaq. Ancaq ən təsirli görüntü Günəş batdıqdan sonra Ay üfüq xəttindən yuxarı qalxarkən müşahidə olunacaq.
Həmin anlarda Ay narıncımtıl bir parıltı ilə parlayacaq və normaldan daha böyük görünəcək.
Bu təsir “Ay illüziyası” (Moon Illusion) adlanır və bu nadir optik illüziya əslində beynimizin bizə oynadığı bir oyundur.
Ay üfüqə yaxın olduğu zaman, beynimiz onu ağaclar, binalar və dağlar kimi yaxın obyektlərlə müqayisə edir. Bu da Ayın göyün ortasında tək durduğu zamankından daha böyük görünməsinə səbəb olur.
Bu illüziyanı şəxsən yaşamaq üçün dolunayı üfüqə yaxın olduğu anda müşahidə etməyə başlaya bilərsiniz.
Bu dolunay eyni zamanda 2025-ci ildə Ayın Günəşə ən uzaq mövqedə olduğu dövrə təsadüf edir. Çünki bir neçə gün əvvəl Yer də Günəşə ən uzaq nöqtəsi olan "afelion" vəziyyətinə çatıb.
Adətən Ay ilə Günəş arasındakı məsafə təxminən 149,5 milyon km olur, lakin bu dəfə — “Buck Moon” (Kəllikli maral ayı) adlandırılan dolunay zamanı bu məsafə təxminən 152 milyon km-ə qədər çıxacaq.
Bu dolunay həm də mövqeyi baxımından xüsusi olacaq, çünki bütün gecə boyunca qeyri-adi dərəcədə alçaq trayektoriya ilə hərəkət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm