Güclü külək Bakıda xəstəxananın damını uçurub

Güclü külək Bakıda Uşaq Nevroloji Xəstəxanasının damını uçurub.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, damın uçması zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində yaxınlıqda olan iki avtomobilə ziyan dəyib.

Həmçinin bildirilib ki, xəstəxana 12 il əvvəl təmir olunub.