Gürcüstanda yenidən zəlzələ baş verib, Ermənistanda da hiss olunub

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb və zəlzələ Ermənistanda da hiss olunub.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

“3 sentyabr saat 03:28-də yerli vaxtla Regional Seysmik Müdafiə Xidməti Gürcüstanın Dmanisi şəhərindən 19 kilometr şimal-qərbdə 3,2 maqnitudalı zəlzələ qeydə alıb”, — məlumatda deyilir.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 4 bal təşkil edib.

Zəlzələ Ermənistanın Şirak vilayətinin Bavra, Saragyux, Tavşut və Sizavet kəndlərində, həmçinin Lori vilayətinin Pahaxbür, Dzyunaşox, Sarçapet və Metsavan kəndlərində 2–3 bal gücündə hiss olunub.

Xatırladaq ki, avqustun 31-də də Dmanisi ətrafında zəlzələ baş vermiş və yeraltı təkanlar Ermənistanda hiss olunmuşdu.