İçkinin içinə dərman atdılar
Yusif Nəzərli
07:26 05.05.2022
Hadisə
409
İki ildir evdən bayıra çıxa bilmir...
Gənclərin əyləncələri bəzən faciələr, dəhşətlərlə müşayiət olunur və gələcək həyatlarını qaraldır. BBC (Türkcə) bir neçə gəncin başına gələn bədbəxt olaylara işıq tutub. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 21 yaşlı Mia Doshi Prichard 2020-ci ilin 17 yanvar tarixində tələbə dostlarıyla əylənməyə çıxıb. O gündən sonra 2 ildir ki, evdən bayıra çıxmağa qorxur, gənc qızda evdən çıxmaq qorxusu – küçə fobiyası yaranıb.
Halbuki həmin gün əylənməyə gedərkən bir az içki içmək, rəqs etmək və sonra da evə dönməyi planlaşdırıb. “BBC Radio 1”də “Newsbeat” proqramına qonaq olan Mia “içki badəmi masanın üzərinə qoydum, dostlarımla rəqs etmək üçün arxaya döndüm. Niyə bunu etdim, deyə, hələ də özümün danlayıram, özümü bağışlaya bilmirəm. Nə oldusa, həmin dəqiqədə oldu. Badəmin içinə dərman atdıqlarına əminəm.
Çünki bir neçə millət vəkilinin də tərkibində olduğu komissiya içkiyə dərman qatıldığı mülahizəsi üzərində dayanıb. Onların rəyi də bəzi dərmanların insanlarda uzunmüddətli təsir buraxdığını təsdiqləyir. Mən də dostlarımla birlikdə, onlar nə qədər içki qəbul etdisə, o qədər içmişdim. Amma nəzarətimi itirdim, harada olduğumu anlamaqda çətinlik çəkirdim.
O gecədən sonra psixoloji gərginlik içindəyəm, nə vaxt evdən çıxmaq istəsəm qorxu hissi üstün gəlir və evdən çıxa bilmirəm”, söyləyib. 30 yaşlı Saskia Boissevain də eyni vəziyyətlə üzləşib. 2021-ci ilin sentyabrında bir əyləncə mərkəzində içkisinə yad maddə qatılıb. Bundan sonra Saskia şüurunu itirib. Saskia ancaq bara getdiyini və içki qəbul etdiyini xatırlayır, başqa heç nə. Niamh Donnelli də bu dəhşəti yaşayıb.
Dostlarıyla başqa bir dostunun evindəki görüşdən sonra nələr baş verdiyini xatırlamır. Onun evə dönməsinə küçədəki insanlar yardım edib:
”Bu çox utancverici idi. Bundan sonra daha diqqətli olacağıma, tanımadığım insanların əlindən içki almayacağıma dair özümə söz verdim”. 21 yaşlı Niamh da evdən çıxmağa qorxduğunu, xüsusilə əcnəbilərdən ehtiyatlandığını deyib. Odur ki, əyləncələrə çox həvəs göstərmək ziyanlıdır. İçkilərə qatılan maddələr insanların beyninə təsir edir, yaddaş itkisiylə yanaşı, güvənsizlik, qorxu kimi psixoloji problemlər yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm