İdarə rəisinin ailəsində faciə: Atası və oğlu eyni günə öldü
07:11 14.07.2019
Hadisə
1246
Bir neçə gün əvvəl Salyan rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Publika.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara magistral yolunun Salyan və Biləsuvar rayonları arasındakı hissəsində qəzaya uğrayan “Toyota Prado” markalı minik avtomobilində olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun ailə üzvləri olub.
Belə ki, magistral yolun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.
Qəza nəticəsində R.Tahirovun qızı, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu və həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İdarə rəisinin oğlu - 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid isə dünyasını dəyişib.
Məlumata görə, hadisənin baş verməsindən bir neçə saat əvvəl Lənkəranda Rafael Tahirovun atası İltifat Tahirov vəfat edib. İdarə rəsinin övladları da babalarının dəfn mərasiminə çatmaq üçün yola çıxıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm