İmişlidə minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.
“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.