İran sərhədçiləri azərbaycanlını güllələyərək öldürüb
Yusif Nəzərli
00:32 20.05.2022
Hadisə
510
Natiq Miri: "Öldürülən vətəndaşımız ola bilsin ki, narkotik daşıyan şəbəkələrin bilavasitə toruna keçmiş insandır"
Mayın 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edib. Bu zaman İran sərhədçiləri onu güllələyərək, öldürüblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib.
Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, bu gün dünya miqyasında narkotrafik əsasən, Əfqanıstan, İran və Azərbaycan ərazisindən keçməklə Avropaya, Qərb dünyasına ötürülür:
"Təkcə fərdi şəxslər deyil, xüsusi şəbəkələr, hətta İran İslam İnqilabı Keşikçiləri Ordusu (SEPAH) da bu prosesin tərkibindədir. Narkotrafikdən yüksək məbləğ qazanırlar. Hətta İran dövlətinin onları məxfi şəkildə stimullaşdırdığını, müəyyən mənada dəstəklədiyini də demək olar. Ona görə də bu məsələni tənzimləmək birtərəfli qaydada çox çətindir. Bundan başqa, öldürülən vətəndaşımız ola bilsin ki, narkotik daşıyan şəbəkələrin bilavasitə toruna keçmiş insandır. Çünki zaman-zaman təəssüf ki, İrandan keçərək, kiçik həcmdə də olsa, narkotik gətirib, ölkəmizdə satan şəxslər var. Onlar ölkəmizin vətəndaşlarıdır. Xüsusilə də İranla həmsərhəd olan Lerik və digər rayonlarımızda bu məsələ daha aktualdır. Azərbaycan sərhədçiləri də bəzən bu cür hadisələr törədirlər. İstər İran, istərsə də Azərbaycan vətəndaşları sərhəddən narkotik keçirmək istəyərkən bəzən "dayan!" əmrinə tabe olmurlar. Hətta nəinki uymurlar, qarşılıq verərək, sərhədi qoruyan əsgərlərə atəş belə açırlar".
N.Miri qeyd edib ki, bu məsələ hələ də Azərbaycan və İran arasında problem olaraq, qalır:
"Hər bir halda dövlət sərhədçilərimiz belə halların yaşanmaması üçün çox həssas yanaşmalıdır. Çünki narkotik problemi cəmiyyətimizin, xüsusilə də gəncliyimizin məhvinə səbəb olur. Azərbaycan cəmiyyəti, ələlxüsus da İranla həmsərhəd bölgələrdə yaşayan xalqımızın nümayəndələri hüquq-mühafizə orqanlarına dəstəyini göstərməlidir. Yoxsa narkotik bəlasına düçar olan insanlar həqiqətən də özləri ilə bəşəriyyəti bataqlığa çəkməyə davam edəcək. Bu da toplum üçün potensial təhlükədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya