Kamil Zeynallı dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib
Kamil Zeynallı dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib
12:10 01.04.2024
Hadisə
452
İdmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi Kamil Zeynallı ifadə verib. Kamil Zeynallı təqsirləndirilən şəxsə 20 min manat pul verdiyini deyib: "Emil nə danışırsa, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. Ona 20 min vermişəm. Ancaq 7 min manatlıq iş görüb. Mənə 13 min manat ziyan dəyib. Ona görə də ondan şikayətçiyəm".
Təqsirləndirilən şəxs isə Kamil Zeynallını tanıdıqdan sonra biznesində çöküş yaşadığını deyib: "Kamil Zeynallı digər zərərçəkmişləri mənə qarşı öyrədir".
Daha sonra məhkəmədə digər zərərçəkmiş şəxslər ifadə verib.
Proses aprelin 22-də davam etdiriləcək.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz versə də, sonradan yığılan məbləği mənimsəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə