Son xəbərlər

Kazandakı terraktda yaralananlardan XƏBƏR VAR

Kazanda 175 saylı orta məktəbdəki terror aktı nəticəsində yaralanan və Tatarıstan Uşaq Respublika Xəstəxanasına aparılan 14 şagirdin vəziyyəti stabil olaraq qalır. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Tatarıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova jurnalistlərə açıqlamasında onların həyatı üçün təhlükə olmadığını bildirib.