Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Yusif Nəzərli
06:28 13.05.2024
Hadisə
492
Əməliyyat-İstintaq Baş İdarəsi, Bakı Baş Gömrük İdarəsi və Gəncə Gömrük İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı, satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq məhkəmə qərarı ilə Tovuz rayon sakininə məxsus fərdi yaşayış evinə baxış keçirilib.
Fərdi yaşayış evindən 122 karton qutuda qablaşdırılmış 1 milyon 219 min 980 ədəd müxtəlif növ aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq baş İdarəsi tərəfindən hüquqpozmaya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya