Lənkəranda qonşular arasında dava: 5 nəfər xəsarət alıb
15:45 31.08.2024
Hadisə
424
Lənkəranda qonşular arasında baş verən davada 5 nəfər xəsarət alıb, onlardan 3-ü bıçaqlanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib. Nəticədə, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Lənkəran rayon mərkəzi xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, avqustun 31-də saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri 4 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi