Məzahir Süleymanzadə vəfat edib
Məzahir Süleymanzadə vəfat edib
Yusif Nəzərli
06:15 11.05.2022
Hadisə
537
Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi Məzahir Süleymanzadə vəfat edib.
Bu barədə onun qardaşı, sabiq FIFA referisi və “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov sosial şəbəkədə bildirib.
Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “İdman” qəzetinin xüsusi müxbiri, “Kommunist” qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.
Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin – “Səhər”in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.
Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.
Onun futbola marağı AFFA-da bir müddət mətbuat xidmətinin rəhbəri işləməsinə və aşağı yaş qrupları üzrə “Sabahın ulduzları” adlı yarışın təşkilatçısı olmasına səbəb olub. Məhz AFFA bundan sonra öz bayrağı altında aşağı yaşlı futbolçuların yarışını keçirməyə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm