Müəmma: İmtahanda ən yüksək nəticə göstərən 15 yaşlı məktəbli qız intihar etdi - VİDEO
Yusif Nəzərli
10:07 26.05.2022
Hadisə
454
Şəkidə 15 yaşlı məktəbli intihar edib.
Hadisə Şəkinin Kiçik Dəhnə kəndində baş verib. 15 yaşlı Nuray Süleymanova özünü yaşadığı evin həyətyanı sahəsində olan mal tövləsinin çardağından asıb.
Nuray 2 saylı Kiçik Dəhnə kənd tam orta məktəbinin səkkizinci sinfində təhsil alırmış. O, hadisədən bir gün öncə də dərsə gəlib və tarix fənni üzrə məktəbdaxili keçirilən imtahanda ən yüksək nəticəni göstərib.
Məlumata görə, Nurayın asılmış vəziyyətdə olan meyitini anası aşkar edib. Ailə üzləri bildiriblər ki, anası ona tövlədəki mal-qaraya ot verməsini tapşırıb. Aradan təqribən 30-40 dəqiqə keçdikdən sonra Nurayın gəlmədiyini görən anası onu axtarmağa başlayıb. Qonşulardan qızını soraqlayan ana sonda övladını mal tövləsinin çardağında asılmış vəziyyətdə tapıb.
Qeyd edək ki, Nurayın özündən böyük bir qardaşı var və o, Rusiyada işləyir. Evdə isə Nuray və valideynləri yaşayıblar. Səkkizinci sinif şagirdi olan Nurayın mobil telefonu da olmayıb.
İntihar edən 15 yaşlı Nuray Süleymanova kənd qəbiristanlığında dəfn edilib. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya