Nazir Bozdağ: "Qadın skamyada 40 - 45 dəqiqə oturur, bir müddət sonra partlayış olur"

Ədliyyə naziri Bəkir Bozdağ İstiqlal küçəsində baş verən partlayışla bağlı canlı yayımda açıqlama verib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazir açıqlamasında "Qadın skamyada 40 - 45 dəqiqə oturur, bir müddət sonra partlayış olur" deyib.
Bozdağın açıqlamasından diqqət çəkən məqamlar belədir:

Bir qadın skamyada 40 - 45 dəqiqə oturur, bir müddət sonra partlayış olur. Çantanın içində mexanizm olubmu, olmayıbmı və ya da kimsə onu uzaqdan partladıbmı, bunların hamısı nəzərdən keçirilir. Araşdırmalardan sonra hər hansı  qərar vermək mümkün olacaq. Çoxlu təxribatçı xəbərlər yayılır. Əsassız, çaşdırıcı xəbərlərə inanmamaq  faydalıdır. İstanbul Respublika Prokurorluğu araşdırmaya başlayıb. Təbii ki, bu hadisəni törədənlərin hesabı var. Türkiyənin etibarını və sülhünü itirmək üçün birliyimizə hücumdur.
Hadisə yeri xüsusi seçilmiş bölgədir. Xaricilər var, bəlkə dünyaya mesaj vermək istəyiblər. Türkiyə güclü dövlətdir. Millətin gücünü hər zaman arxasına alan Türkiyədə 20 illik güclü iradə var. Türkiyə indi terrorla mübarizəsini sərhədlərindən kənarda da davam etdirən bir ölkədir. Türkiyənin kursunun önünü kəsmək mümkün deyil.