Nikah yasa döndü

Antalyada bağçada təşkil edilən nikah zamanı bədbəxt hadisə yaşanıb. Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir.
Bildirilir ki, 15 metr hündürlüyündəki şam ağacı ətrafında on nəfərin əyləşdiyi masaya aşıb. Hadisə nəticəsində 44 yaşlı Mustafa Ölmez dünyasını dəyişib. Həmçinin biri ağır olmaqla doqquz nəfər yaralanıb.