Oğuzda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Toyota Prius" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.