
Professor “durun” dedi!- “Şahbazla Dilqəmin açıqlamaları ölkəmizə qarşı..."
Professor “durun” dedi!- “Şahbazla Dilqəmin açıqlamaları ölkəmizə qarşı..."
Yusif Nəzərli
13:06 27.05.2022
Hadisə
507
Dilqəm Əsgərov və Şahbaz Quliyevin son günlərdə media resurslarına verdiyi açıqlamalar hər kəs tərəfindən bir mənalı qəbul edilməyib. Və onların dövlətin milli maraqlarına zidd açıqlamalar verməsi qınaq obyektinə çevrilib. Əlbəttə, qınaq hədəfi D.Əsgərov, Ş.Quliyev və onları narazı salan məmurlardır. Amma işin başqa bir tərəfi də olmamış deyil. Söhbət onlara meydan verib, ölkənin milli təhlükəsizliyini ayaqlar altına atan media quruluşlarından gedir.

Tanınmış jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli də "Sherg.az"a bildirib ki, informasiya müharibəsinin davam etdiyi bir dövrdə ,bu kimi yalan və şişirtmə məlumatlar Ermənistan mediası tərəfindən bizə qarşı istifadə oluna bilər:
"Keçmişdə qalan məlumatların yayılması qeyri- peşəkarlıqdır. Bu məlumatı verən şəxslərin mötəbərliyi və məlumatın düzgün olub-olmaması şübhə altındadır. Media rəhbərləri bu kimi həssas məsələlərə xüsusi diqqətlə yanaşmalıdır. Çünki belə lazımsız məsələlərin xırdalığına qədər araşdırılması qeyri-obyektiv və qeyri-peşəkar işlər ortaya çıxarır. Bu şəxslərin bir-biri ilə üst-üstə düşməyən fikirləri və açıqlamaları xarici qüvvələr tərəfindən maraqla qarşılanacaq bir şey deyil. Hər iki şəxsin uzun müddət əsirlikdə olması, ciddi psixoloji təsir altında olmaları və əzab çəkmələri nəzərə alınmalıdır".
Qeyd edək ki Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən 2014 -cü ildə əsir götürülüblər. 2020-ci ilin dekabrında Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycana gətiriliblər.
Nihat Müzəffər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya