Qadını 19 il əvvəl öldürmə cinayəti üzrə şübhəli şəxs saxlanılıb
12:49 02.04.2023
Hadisə
483
19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli şəxs ifşa edilib.
Sherg.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, Baş Prokurorluğun İstintaq idarəsində digər cinayət işinin istintaqı zamanı istintaqa daxil olmuş məlumat çərçivəsində yeni cinayət faktı aşkarlanıb.
Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə qeyd olunan ərazidə yaşayan, həmçinin təxminən 35-40 yaşlarında qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə (instagram, facebook, telegram, twitter), eləcə də, DİN-in 102 zəng mərkəzinə müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual