Ötən gün "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimin durumu hazırda stabildir.
Sherg.az-ın müəllimənin yaxınlarından əldə etdiyi məlumata görə, xəstənin bədənində 1 saçma – 20 xırda metal kürəciklər olub, onun 16-sı çıxarılıb, Qalan 4 kürəcik həssas nöqtələrdə, damara yaxın yerlərdə olduğuna görə yenidən əməliyyat olunaraq, çıxarılacaq.
Digər bir məlumata görə müəliminə güllə atan uşaq dərsdə ayaqyolu adı ilə icazə istəyib. Bir az sonra isə tüfənglə sinifə daxil olub. Və ilk güləni boş yerə atıb. İkinci güllə isə pəncərənin önündə dayanan müəlliməsinə tuşlayıb. Daha sonra silahı yerə atıb.
O da məlum olub ki, həmin uşaq tez-tez atası ilə ova gedirmiş. Əslən İmişlidən olan uşaq və atası hazırda saxlanılıb. İstintaq davam edir.
Onu da qeyd edək ki, Şəhla Kamilova məktəbin ən savadlı, sevimli riyaziyyat müəllimidir. Nəsilliklə ziyalı ailədəndir. Bir neçə dəfə elçi gəlsə də karyesını düşündüyünü deyərək, evlənməkdən imtina edib. Onun bacısı da hazırda Çində riyaziyyatdan dərs deyir.
Xatırladaq ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.