Salyan sakini Bakıda “Vinçester”lə adam güllələdi: Silahı Kürə atdı - TƏFƏRRÜAT
08:05 07.11.2019
Hadisə
590
Bakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Azər Orucov tutulub.
Belə ki, cari il avqust ayının 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.
Saxlanılan zaman Azər Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.
Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq