Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZ-24” markalı avtomobil traktorla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.