Sankt-Peterburqda avtomobil partladı: hərbçi öldü, həyat yoldaşı yaralandı

Sankt-Peterburqun Puşkin rayonunda avtomobilin partlaması nəticəsində hərbçi həlak olub, onun həyat yoldaşı yaralanıb.

Sherg.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə Rostovskaya küçəsində baş verib. Avtomobilin mühərriki işə salındıqdan dərhal sonra partlayış meydana gəlib.

Şahidlərin sözlərinə görə, sürücü hadisə yerində ölüb, sərnişin qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Partlayışın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb və ekspertizalar təyin edilib.