Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.
F.Ağamalı uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
Allah rəhmət eləsin!