Sumqayıtda dərs vaxtı dəhşət: Şagirdi kor etdilər
05:47 08.11.2019
Hadisə
819
Sumqayıtda dərs vaxtı məktəbli qızın gözünü kor ediblər. Hadisə Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada baş verib.
Yenicag.az xəbər verir ki, 7 a sinif şagirdi Rəfiqə Elbrus qızı Nuriyeva tarix dərsi zamanı öz sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin baş verməsinə səbəb isə Rəfiqənin qüsurlu danışmağı olub. Bu zaman onun sinif yoldaşları Rəfiqəyə gülüb, sonra isə ona ağır bədən xəsarətləri yetiriblər. Ancaq dərs deyən Günay müəllim şagirdin döyülməsinə əhəmiyyət verməyib, hətta Rəfiqəni təhqir edərək ona tərbiyəsiz də deyib.
Bundan sonra qızın halı daha da pisləşib və ümumiyyətlə huşunu itirib. Şagirdin vəziyyətinin ağır olduğunu görən müəllimələr dərhal onun valideynlərinə məlumat verərək bildiriblər ki, Rəfiqənin halı birdən-birə pisləşib. Məktəbə gələn Elbrus Nuriyev qızını ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Nevroloji xəstəxanasına yerləşdirib. İlkin müayinələrdən sonra məlum olub ki, məktəblinin sol gözü kor olub, ağzı isə tamamilə əyilib. Hazırda xəstəxanada müalicə alan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisədən sonra zərərçəkənin valideyni Rəfiqənin sinif rəhbəri Gülnarə müəllim ilə görüşüb məsələyə aydınlıq gətirmək istəsə də, o, bu məsələnin ona heç bir aidiyyəti olmadığını, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət bilib. Məktəbin direktoru Ayət Sadıq qızı Kərimova isə məsələdən xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, gimnaziya 2008-ci ildə istifadəyə verilib və orada 361 şagird təhsil alır. Ayət Kərimova da həmin ildən məktəbin direktorudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq