Türkiyənin Tekirdağ vilayətinin Hayrabolu rayonunda yerləşən Çerkezmüsəllim gölündə suyun səviyyəsinin kəskin azalması nəticəsində balıqlar tələf olub.
Sherg.az Anadolu Agentliyinin məlumatına istinadən xəbər verir ki, bölgədə yağıntıların az olması və quraqlığın təsiri ilə göldə suyun səviyyəsi aşağı düşüb. Nəticədə çoxsaylı balıq sahilə çıxıb və tələf olub.
Balıqların tələf olması ilə bağlı İl Kənd Təsərrüfatı və Meşə Müdirliyinin əməkdaşları göldən su nümunələri götürərək araşdırmaya başlayıblar.
İlkin ehtimala görə, balıqların ölümünə suyun səviyyəsinin azalması nəticəsində oksigen miqdarının aşağı düşməsi səbəb ola bilər.