Tanınmış alim vəfat etdi - FOTO
07:22 17.09.2021
Hadisə
388
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, akademiyanın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib.
Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirib. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və böyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışıb.
A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual