Tərtər sakuni Bakıda dəm qazından zəhərlənərək öldü

Tərtər rayon sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü Dadaşov Anar kirayə qaldığı mənzildə, hamamda olarkən dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.