Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1

1974-cü il təvəllüdlü şəxs (kişi) 07.09.2026-cı il tarixində saat 00:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, baldırın çoxsaylı açıq yaraları, diz oynağının açıq yarası təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbəsidə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

12:02

Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.