Tovuzda 40 yaşlı kişinin meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Elməddin İsmayılovun meyiti yaşadığı evin həyətində tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, mərhum 4 uşaq atası olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.