Velosiped 3 yaşlı qızın barmağını qopardı

İstanbulun Bayrampaşa rayonunda ailəsi ilə birlikdə idman malları mağazasına gedən 3,5 yaşlı qız dəhşətli qəza keçirib. Kiçik qız performans velosipedinin pedalına baxmaq istəyərkən barmağını velosipedin zəncirinə salıb və barmağı qopub.

Sherg.az xəbər verir ki, hadisə iyulun 20-də ticarət mərkəzindəki mağazada baş verib. Ananın sözlərinə görə, velosipedin bir hissəsi sınıq olub və təhlükə barədə xəbərdarlıq nişanı qoyulmayıb.

Ana mağazanın səhlənkarlığını vurğulayaraq deyib: “Orada heç bir xəbərdarlıq nişanı yox idi. Mənim qızımın başına gələn hadisə mağaza əməkdaşının da başına gələ bilərdi.”

Ailə hadisə ilə bağlı mağaza rəhbərliyindən şikayətçi olub.