Xaçmazda qanlı hadisə: Kürəkən keçmiş qayınatasını qətlə yetirdi
06:38 24.10.2019
Hadisə
657
Xaçmazda kürəkən keçmiş qayınatasını bıçaqla öldürüb.
Lent.az -ın məlumatına görə, hadisə oktyabrın 23-də saat 11 radələrində baş verib. Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Qurbanov Səfər İlham oğlu qayınatası Qədirov Əlihüseyn Cəlil oğlunun kürək, mədə, döş qəfəsi, sol qol nahiyələrinə bıçaqla ümumilikdə 7 ədəd xəsarət yetirib.
Xaçmaz Rayon Prokurorluğunun apardığı ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Qurbanov Səfər İlham oğlu əvvəllər Qədirova Gülyanə Əlihüseyn qızı ilə evli olub. 2017-ci ildə rəsmi nikahları pozularaq ayrılıb, sonra ikinci dəfə ailə həyatı qurub. Səfər Qurbanov son vaxtlar keçmiş arvadı Gülyanə Qədirovanın başqa şəxslə ailə qurmaq istəməsi barədə xəbər eşidərək, məsələyə aydınlıq gətirməsi üçün oktyabrın 23-ü saat 11:30-da həmkəndlisi olan qayınatasının evinin önünə gedib. Kürəkən keçmiş qayınatasını çölə çağırıb və darvazanın yanında qızı Gülyanə haqqında yayılan məlumatlara etiraz edib və yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla qayınatasının mədə, kürək, döş qəfəsi, sol qol nahiyələrinə 7 dəfə xəsarət yetirərək öldürüb. Bundan sonra qatil özü Xaçmaz Rayon Polis Şöbəsinə gedib cinayət əməli etiraf edərək, bıçağı təqdim edib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm