
Xəstənin gözlərini oydu - Qanlı olayın təfərrüatları məlum oldu
21:29 16.07.2025
Hadisə
391
Türkiyənin Kütahya bölgəsinin Yoncalı məhəlləsindəki ruhi xəstələr üçün xüsusi müalicə mərkəzində dəhşətli hadisə baş verib. Şizofreniya xəstəsi N.K. yanaşı otaqda qalan yataq xəstəsi S.Ç.-nin hər iki gözünü çıxarıb.
Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, gözü çıxarılmış S.Ç. Kütahya Şəhər Xəstəxanasına aparılıb, üzərində iki əməliyyat keçirilib, lakin görmə qabiliyyətini bərpa etmək mümkün olmayıb. Kütahya Prokurorluğu, S.Ç.-nin ailəsinin şikayəti əsasında hadisə ilə bağlı araşdırmalara başlayıb. Şəxsi qayğı mərkəzinin əməkdaşlarından ifadələr alınıb. Kütahya Valiliyi də hadisə ilə bağlı inzibati araşdırma başladıb. S.Ç.-nin qardaşı oğlu Hüseyn Girgin bibisinin iki ildir əlillər üçün özəl mərkəzdə qaldığını bildirib. Mərkəzdən verilən hadisə barədə məlumat aldıqlarını qeyd edən Girgin, "Bizə zəng vurdular. Xəstəmizin bir gözündə problem olduğunu və xəstəxanaya aparıldığını dedilər. Digər xalam da mənə zəng etdi. Yaxınlıqda yaşadığı üçün xəstəxanaya ilk gələn anam olub. Xalamı görəndə anlayıb ki, iki gözü də oyulub. Xalamla həmin xəstə bağçada oturubmuş, baxıcı hər ikisini öz otaqlarına aparıb, sonra oradan aralanıb. Bu zaman həmin xəstə xalamın otağına gəlib və bu dəhşətli hadisəni törədib. 29 saniyə içində bunu edib. Xalamın üzündə dırnaq izləri var”, deyib. Girgin bildirib ki, onlar kamera görüntülərinə baxmaq üçün müraciət ediblər, lakin səlahiyyətlilər buna icazə verməkdən imtina ediblər və qayğı mərkəzinin rəhbərliyi heç bir dəstək veerməyib, üzr də istəməyiblər.

Girgin, "hadisədən sonra hələ də bizimlə maraqlanan yoxdur. Ona görə də dövlətimizə sığınaq, prokurorluğa şikayət edək, dedik. Prokurorluğa getdiyimiz zaman bu hadisəni törədən xəstə, müəssisənin müdiri, köməkçiləri, işçiləri də orada idilər, dedik ki, biz xəstənin qohumuyuq, zərərçəkmişik, bizimlə əlaqə saxlayan olmayıb, ancaq dövlətimizə sığınmışıq. Xalam və onun himayədarı ilə otağa girdilər, biz şikayətimizi etdik, amma qurumun rəhbərləri, köməkçilərin etdikləri insanlığa sığmazdı ki, “Tez sağal, Allah sənə şəfa versin” də demədilər. Onlar bizim yanımızda gülürdülər, biz də tələb edirik ki, təhqiqat genişlənsin və günahkarlar həbs olunsunlar”. Bu hadisəni törədən şizofreniya xəstəsi N.K.-nın 10 il əvvəl nənəsinin başına balta ilə vuraraq öldürdüyü bildirilib. 2020-ci ildə Adana “Ekrem Tok” Ruh Sağlamlığı Xəstəxanasında müalicə olunan S.G.-nin də hər iki gözünü çıxarıb, Manisa Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasında olarkən isə diş fırçası ilə başqa bir xəstənin də gözlərini çıxarmağa çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə