Rusiya nümayəndə heyəti danışıqlarda ritorikasında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Onların ritorikasında dəyişikliklər var. Amma onlara etibar sıfırdır. Düşünürəm ki, bizə qarşı hissləri həmişəki kimidir, çünki onlar Ukraynaya nifrət edirlər, vəssalam. Ona görə də bizim heç bir gözləntimiz yoxdur”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna və Rusiya hərbçiləri müzakirələr aparıblar və başa düşüblər ki, siyasətçilər müharibəni dayandırmaq qərarına gəlsələr, atəşkəs mümkündür: "ABŞ iştirakını təsdiqləyir. Avropa da bu prosesdə iştirakçıdır".