Zorakılığa məruz qalan 11 yaşlı qız müəssisəyə yerləşdirildi - Atalığı saxlanıldı

Atalığı tərəfindən cinsi zorakılığa məruz qalan 11 yaşlı qız müəssisəyə yerləşdirilib.

Sherg.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O bildirib ki, 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yaranıb.

Onun sözlərinə görə, uşaq özü polisə gedərək ona qarşı olan cinayəti etiraf edib.

"“Atalıq” təhqiqat müddətinə saxlanılıb. Azyaşlı xəstəxanada müayinə olunub və bu gün müəssisəmizə yerləşdirilib”, - o əlavə edib.