
Prezidentdən əlamətdar tarixdə humanist addım -Deputat təşəkkür etdi
10:34 26.05.2025
Sosial
512
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın imzalanması Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin dövlət başçımız tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqidir.
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib:

“25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad olunub. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib”.
Deputat bildirib ki, insanların sosial müdafiəsinin gücləndiriləsi, həyatlarının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin siyasətinin ana xəttini təşkil edir:
“Ümumiyyətlə ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, dövlət başçımızı bu sahədə humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq. Ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının növbəti təzahürüdür. Hesab edirəm ki, bu Sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir”.
Səbinə Salmanova Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində belə bir Sərncam imzaladığına görə təşəkkür edib:
“Cənab Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü ərəfəsində minlərlə insanı bir daha sevindirdiyinə görə çox təşəkkür edir, onun atdığı bu humanist siyasəti alqışlayırıq. Eyni zamanda dövlət başçımızın əfv sərəncamının təsiri altına düşmüş hər bir şəxsi ayrılıqda təbrik edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya