
Ekspert: Azərbaycan və NATO əlaqələrinin kifayət qədər tarixi var
Yusif Nəzərli
11:26 16.11.2024
Hərbi
695
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO Baş katibinin innovasiya, hibrid və kiberməsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib. Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib. COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a bildirib ki, Azərbaycan NATO əlaqələri 1994-cü ildən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə başlayıb:

“Daha sonra 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Yəni Azərbaycan və NATO əlaqələrinin kifayət qədər tarixi var. Bu gün də NATO strukturları ilə eyni əməkdaşlıq davam etdirilir. Əlaqələrin yaranmasından bu günə qədər Azərbaycan Silahlı Qüvvələri NATO-nun bir çox sülhməramlı tədbirlərinin iştirakçısı olub. Hazırda da Azərbaycan-NATO əlaqələrinin dəvam etməsi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası və Azərbaycan Respublikasının Hərbi doktrinasında göstərilib”.
Eskpert qeyd edib ki, Azərbaycan zaman-zaman NATO-nun təşkil etdiyi təlimlərə qatılır:
“2001-ci ildə keçirilən Qətiyyətli əməkdaşlıq – 2001”, “Sülh naminə tərəfdaşlıq” hərbi təlimlərinin həyata keçirilməsində Azərbaycan Silahlı Qüvvələrinin iştirakı mövcud olub. İndiyə qədər Azərbaycan “Sülh naminə tərəfdaşlıq” təqdimat sənədi əsasında hazırlan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı içərisində 200-dən artıq tədbirdə iştirak edib. Düşünürəm ki, həmin əlaqələrin davamı da həyata keçiriləcək. Azərbaycanın NATO-nun mənzil qərargahında nümayəndəsi də var. Azərbaycan və NATO əlaqələrinin inkişaf etdirilməsində hər iki tərəf maraqlıdır. Çünki Azərbaycan və NATO-nun dündaya baş verən savaşlara yanaşmasında fərqliliklər olsa da, ortaq nöqtələr mövcuddur. NATO ilə əməklaşlıq həmin ortaq strateji maraqların qorunması əsasında həyata keçiriləcək. Mütəmadi olaraq cənab Prezident İlham Əliyev də NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edir. Bundan sonra da Azərbaycan və NATO əlaqələrinin davamını uzun müddət görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyaya hücum yalnız qətiyyətimizi artırıb - Leyen
17:47 02.09.2026
Dünya
Qısaldılmış iş vaxtı kimlərə şamil olunur?- Nazirlik açıqladı
17:13 02.09.2026
Gündəm
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
17:04 02.09.2026
Dünya
Rezayi: Amerikaya elə bir cəhənnəm yaşadacağıq ki, sarsılacaq
17:01 02.09.2026
Dünya
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
16:47 02.09.2026
Gündəm
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub
16:40 02.09.2026
İnfrastruktur
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm