
Önümüzdəki çağırışlar: Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığı güclənir
13:47 24.09.2024
Hərbi
588
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.
Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a deyib ki, Türkiyənin bu səfərinin bir neçə məqsədi var:

''Xüsusən Şuşa bəyannaməsindən sonra Azərbaycanla Türkiyə strateji əməkdaşlıq səviyyəsinə keçib. Həmçinin "ADEX"sərgisində Türkiyənin də 50-yə yaxın hərbi-sənaye şirkətinin nümayəndələri istehsal etdikləri silahları nümayiş etdirəcəklər. Eyni zamanda sərgidə digər ölkələrin və Azərbaycanın özünümüdafiə sənayesi istehsalı olan nümunələrin Türkiyə Silahlı Qüvvələrində istifadəsinə dair müzakirələr aparıla bilər. Bütün silah satınalmaları "ADEX" sərgiləri üzərindən aparılacaq. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələri Türkiyə mini modelinə keçid edib. Prossesin hansı səviyyədə olması da müzakirə edilən məsələlər sırasında olacaq. Yəni gələcək hərbi-strateji əməkdaşlığın yol xəritəsi ən yüksək səviyyədə təşkil olunacaq".
Ekspert qeyd edib ki, önümüzdə bir çox çağırışlar var:
"Görüşdə Azərbaycan və Ermənistanın kəskinləşən münasibətlərində Türkiyə hərbçilərinin necə addım atacağına uyğun müzakirələr aparılacaq. Bu səfər hər bir halda qardaş ölkəylə hərbi münasibətlərimizi bir addım da irəliyə aparacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya