Zakir Həsənov Türkiyə nümayəndə heyyəti ilə görüşüb
Zakir Həsənov Türkiyə nümayəndə heyyəti ilə görüşüb
12:53 02.04.2024
Hərbi
540
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sherg.az MN-ə istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.
H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol