İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" klubu Baş məşqçi Manuel Pelleqrinini istefaya göndərib. "Sports.ru" xəbər verir ki, öz meydanında "Lester"ə 1:2 hesabı ilə uduzan klub baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib.
Belə ki, son 5 oyunda cəmi 3 xal toplayan klubun rəhbərliyi 66 yaşlı cənubi amerikalının işindən narazı qalıb.
Qeyd edək ki, Peleqrini 2018-ci ilin mayında "Vest Hem"ə baş məşqçi gətirilmişdi. Onun rəhbərliyi ilə yetirmələri 63 oyunda 24 qələbə qazanıb, 11 heç-heçə edib və 28 dəfə uduzub. Hazırda "Vest Hem" Premyer Liqanın turnir cədvəlində 17-ci sırada qərarlaşıb.