İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşdi

“Şeffild Yunayted”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi baş məşqçi vəzifəsinə Pol Hekinqbottomu gətirib.

Əvəzedici heyətin baş məşqçisi müvəqqəti olaraq mövsümün sonuna qədər əsas komandanı çalışdıracaq. 43 yaşlı mütəxəssis bu postda 2016-cı ildən “Şeffild Yunayted”ə rəhbərlik edən və komandanı Premyer Liqaya yüksəldən Kris Uilderi əvəz edib.

Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 14 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır