Zidan Modriç haqqında: “35 yaşı var, amma...”


Fransalı futbol mütəxəssisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında keçirilən “Real”-“Atalanta” oyunundan (3:1) sonra mətbuata açıqlama verib.

Məlumatı UEFA-nın rəsmi saytı dərc edib.

“Oyunçularımızı təbrik etdim. Onlar rəqibini fiziki yoran komandaya qarşı özlərini mükəmməl tərəfdən göstərdilər. Müdafiədə dəqiq oynamalı idik və bunu etdik”, - deyə 48 yaşlı mütəxəssis qeyd edib.

Z.Zidan həmçinin əlavə edib ki, “Real”da Luka Modriç və Toni Kross tandemini fenomenal hesab edir.

“Modriçin artıq 35 yaşı var, amma onun meydandakı hərəkətlərindən bunu demək olmaz”, - deyə Z.Zidan qeyd edib.