Kyellini karyerasını bitirir


"Yuventus"un kapitanı Corcio Kyellininin bu yay karyerasını bitirəcəyi gözlənilir.

"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi diz zədəsinə görə mövsümün əsas hissəsini buraxıb.

Buna görə də o, karyerasını yekunlaşdırmaq istəyir. İtaliyalı oyunçunun Turin klubu ilə müqaviləsi də 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Kyellini 2005-ci ildən "Yuventus"da çıxış edir.