Güləşçimiz erməni idmançıya qalib gələrək yarımfınala çıxdı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
 
Güləş Federasiyasından verilən məlumata görə, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Məmmədov ilk görüşdə litvalı rəqibini sıradan çıxarıb. 1/4 finalda prinsipial qarşılaşmaya çıxan Murad erməni güləşçi üzərində inamlı qələbə qazanaraq adını yarımfinala yazdırıb.

İslambek Dadov təsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb. Ancaq 1/4 finalda Ermənistan idmançısına yenilib.

Sənan Süleymanov yarışa moldovalı güləşçi üzərində inamlı qələbəylə start verib. Ancaq Xorvatiya təmsilçisiylə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətdən qaça bilməyib.
Murad Lokyayev ilk mərhələdə yunan həmkarına gücünü göstərib. 1/4 finalda isə Çexiya idmançısına uduzub.

İslam Abbasov debütdə bolqar idmançıdan güclü olub. Daha sonra İsveç təmsilçisinə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib.

Beka Kandelaki zədə üzündən xalça üzərinə çıxmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva) 7:4
1/4 final: Murad Məmmədov - Gevorq Qaribyan (Ermənistan) 5:1
1/2 final: Murad Məmmədov - Etienne Kinsinqer (Almaniya)