Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını baş vurmasının səbəblərini açıqlayıb.
Axar.az xəbər verir ki, rusiyalı idmançı döyüş növlərində bacardığı hər şeyə nail olduğunu vurğulayıb.
Maliyyəyə ehtiyacı olmadığını qeyd edən Nurməhəmmədov hər bir qarşılaşmasının və hazırlıq dövrünün anasının səhhətinə pis təsir göstərdiyi üçün karyerasını yekunlaşdırdığını bəyan edib.
Qeyd edək ki, UFC prezidenti Deyna Uayt martın 19-da Həbib Nurməhəmmədovun karyerasını rəsmən başa vurduğunu açıqlayıb.